“İnter”lə “Sassuolo” da 1/4 finalda!

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sassuolo” və “Kalyari” komandaları qarşılaşıb. Meydan sahibləri bu oyunda yeganə qol sayəsində qələbə qazanmaqla mərhələ adlayıblar.

“İnter” isə “Empoli” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma məhsuldar alınıb. Beş qolun vurulduğu görüşdə milanlılar qələbəni əlavə vaxtda təmin ediblər.

Daha öncə “Atalanta”, “Fiorentina”, “Milan”, “Latsio” və “Yuventus” da 1/4 finala vəsiqəni təmin etmişdi.

İtaliya kuboku

1/8 final

12 yanvar

Atalanta – Venetsiya 2:0

Qol: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5

Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1

Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

Latsio – Udineze 1:0

Qol: İmmobile, 106.

Yuventus – Sampdoriya 4:1

Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.

19 yanvar

Sassuolo – Kalyari 1:0

Qol: Harrui, 18.

İnter – Empoli 3:2

Qol: A.Sançes, 13. Ranokkya, 90+1. Sensi, 104 – Bayrami, 61. Radu, 76.

20 yanvar

00:00. Roma – Leççe

Bütün xəbərlər Facebook səhifəmizdə