Afrika Millətlər Kuboku: Misir və Nigeriya da növbəti mərhələdə

D qrupunda Misir yığması Sudanla üz-üzə gəlib və minimal hesabla qalib olub. İtkisiz irəliləyən Nigeriya isə Qvineya Bisau ilə görüşdə inamlı qələbəyə sevinib. Beləcə, nigeriyalılar qrup lideri, misirlilər isə ikinci yerlə pley-offa vəsiqə qazanıblar.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. SİA xəbər verir ki,11-ci oyun günündə daha bir qrupda mübarizəyə yekun vurulub.

D qrupunda Misir yığması Sudanla üz-üzə gəlib və minimal hesabla qalib olub. İtkisiz irəliləyən Nigeriya isə Qvineya Bisau ilə görüşdə inamlı qələbəyə sevinib. Beləcə, nigeriyalılar qrup lideri, misirlilər isə ikinci yerlə pley-offa vəsiqə qazanıblar.

Afrika Millətlər Kuboku

D qrupu

19 yanvar

Misir – Sudan 1:0

Qol: Abdelmonem, 35.

Qvineya Bisau – Nigeriya 0:2

Qol: U.Sadiq, 56. Ekonq, 75.

Xal durumu: Nigeriya – 9, Misir – 6, Sudan – 1, Qvineya Bisau - 1.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...