“Başakşəhər” uduzdu, “Trabzonspor” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Amma onlardan biri yarıda qalıb. “Rizəspor” – “Alanyaspor” görüşü güclü qar yağışı səbəbindən sabaha təxirə salınıb. Ötən gün “Qaziantep” – “Yeni Malatyaspor” matçı da oxşar səbəblə yarıda qalmışdı.

Səfərdə “Göztəpə” ilə qarşılaşan “Sivasspor” turu məğlubiyyətlə başa vurub.

Qeyri-sabit çıxış edən “Fənərbaxça” bu turda “Altay”ı qəbul edib. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.

Lider “Trabzonspor” isə “Girəsunspor”la üz-üzə gəlib. Trabzonlular bu dəfə xal itkisi ilə üzləşiblər.

Son dövrlərdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Başakşəhər” isə uzun fasilədən sonra bu turda “Kayserispor”la oyunda məğlubiyyətə üzülüb.

Türkiyə Super Liqası

22-ci tur

18 yanvar

Fatih Karagümrük – Beşiktaş 0:1

Qol: Batşuayi, 39-pen.

Konyaspor – Adana Dəmirspor 1:0

Qol: Rahmanoviç, 53.

Qaziantep – Yeni Malatyaspor matçı yarıda qalıb

19 yanvar

Rizəspor – Antalyaspor matçı yarıda qalıb

Göztəpə – Sivasspor 2:1

Qol: Nukan, 22. Tiyaniç, 80 – P.Enrike, 49-pen.

Kayserispor – Başakşəhər 1:0

Qol: U.Dəmirok, 73.

Trabzonspor – Girəsunspor 1:1

Qol: Kornelius, 78 – U.Nayir, 68.

Fənərbaxça – Altay 2:1

Qol: İ.Kahveçi, 37. S.Dursun, 71 – Rayan, 14.

20 yanvar

18:00. Alanyaspor – Hatayspor

21:00. Qalatasaray – Kasımpaşa

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...