“Çelsi” “Barselona”nın futbolçusunu istəyir

“Çelsi” klubunun rəhbərliyi “Barselona”nın 24 yaşlı niderlandlı futbolçusu Frenk de Yonqun transferi üçün 40 milyon avro xərcləməyə hazır olduğunu bəyan edib.

Lakin SİA-nın əldə etdiyi məlumata görə, “Barselona” bu təklifi rədd etməyə hazırlaşır.

Kataloniya klubu Frenk de Yonq üçün 60 milyon avro tələb edir.

Frenk de Yonqu əldə etmək uğrunda Münhen “Bavariya”sı, “Mançester Siti” və "Mançester Yunayted” də mübarizə aparır.

Qeyd de Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya 86 milyon avroya transfer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...