“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura yekun vurulub. SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Bolonya” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. “Milan” doğma meydanda autsayderlər qrupunda qərarlaşmış “Spetsiya”ya məğlub olub. “Fiorentina” isə “Cenoa”nı böyük hesabla məğlub edib.

İtaliya A Seriyası

22-ci tur

15 yanvar

Sampdoriya – Torino 1:2

Qol: Kaputo, 18 – Sinqo, 27. Praet, 67.

Salernitana – Latsio 0:3

Qol: İmmobile, 7; 10. Lazzari, 66.

Yuventus – Udineze 2:0

Qol: Dibala, 19. Makkenni, 79.

16 yanvar

Sassuolo – Verona 2:4

Qol: Skamakka, 54. Defrel, 67 – Kaprari, 37. Barak, 44; 57; 90+4.

Venetsiya – Empoli 1:1

Qol: Okereke, 73 – Jurkovski, 26.

Roma – Kalyari 1:0

Qol: S.Oliveyra, 33-pen.

Atalanta – İnter 0:0

17 yanvar

Bolonya – Napoli 0:2

Qol: Lozano, 20; 47.

Milan – Spetsiya 1:2

Qol: Leao, 45+1 – Aqudelo, 64. Qyasi, 90+6.

Fiorentina – Cenoa 6:0

Qol: Odriosola, 15. Bonaventura, 34. Biraqi, 42; 69. Vlahoviç, 51. Torreyra, 77.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...