“Atletiko” mozambikli futbolçu transfer edir

Fransanın “Lill” klubunun futbolçusu Reynildo Mandava karyerasını İspaniyada davam etdirə bilər.

SİA xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə “Atletiko” klubu yaxından maraqlanır.

Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Madrid təmsilçisi Mandavanı mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

“Atletiko” “Lill”lə müqaviləsi yaya qədər olan mozambikli oyunçuya təklif göndərib. İspaniya klubunun Mandava ilə razılığa gəldiyi bildirilir.

Mozambik milli komandasının da üzvü olan Mandava bu mövsüm “Lill”lə 24 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...