"Roma"dan qələbə, "İnter"dən heç-heçə

"Roma"dan qələbə, "İnter"dən heç-heçə

İtaliya A Seriyasında 22-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, bu gün daha dörd matç keçirilib. Lider “İnter” səfərdə “Atalanta” ilə qolsuz bərabərə qalıb. “Roma” isə doğma meydanda “Kalyari”yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 50 xalla "İnter" başçılıq edir. "Milan" 48 xalla 2-ci, "Napoli" 43 xalla 3-cüdür.

16 yanvar

"Sassuolo" – "Verona 2:4
Qol
: Skamakka, 54, Defrel, 67 – Kaprari, 37, Barak, 44, 57, 90+4

"Venesiya" – "Empoli" - 1:1
Qol:
Okereke, 73 – Jurkovski, 26

"Roma" – "Kalyari" - 1:0
Qol:
Oliveyra, 33-pen

"Atalanta" – "İnter" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə