Vilyarreal” səfərdən xalsız döndü

Futbol üzrə İspaniya La Liqasında 21-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Elçe” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

“Betis” bu turda doğma meydanda “Alaves”i, “Selta” isə “Osasuna”nı qəbul edəcək. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Sevilya” bu turda çətin “Valensiya” səfərinə yollanacaq.

Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl baş tutub.

İspaniya La Liqası

21-ci tur

16 yanvar

Elçe – Vilyarreal 1:0

Qol: Boye, 78.

18 yanvar

23:00. Betis – Alaves

00:30. Kadis – Espanyol

19 yanvar

22:00. Selta – Osasuna

00:30. Valensiya – Sevilya

20 yanvar

22:00. Xetafe – Qranada

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB