Afrika Millətlər Kuboku: Nigeriya və Misirdən qələbə

D qrupunda yer alan Nigeriya yığması bu dəfə Sudanla qarşılaşıb və ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib. İlk turda məğlub olan Misir yığması isə bu dəfə Qvineya Bisau ilə oyundan minimal hesabla qalib ayrılıb.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. SİA xəbər verir ki, yeddinci oyun günündə daha iki qarşılaşma baş tutub.

D qrupunda yer alan Nigeriya yığması bu dəfə Sudanla qarşılaşıb və ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.

İlk turda məğlub olan Misir yığması isə bu dəfə Qvineya Bisau ilə oyundan minimal hesabla qalib ayrılıb.

Afrika Millətlər Kuboku

D qrupu

15 yanvar

Nigeriya – Sudan 3:1

Qol: Çukvueze, 3. Avoniyi, 45. Simon, 46 – Xıdır, 70-pen.

Qvineya Bisau – Misir 0:1

Qol: Salah, 69.

Xal durumu: Nigeriya – 6, Misir – 3, Qvineya Bisau – 1, Sudan – 1.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...