Şevçenko istefaya göndərildi

"Cenoa" baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Əlavə edək ki, "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında komandaya baş məşqçi təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə