“Nitsa” “Nant”ı məğlub yola saldı

“Nitsa” “Nant”ı məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 21-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nitsa” doğma meydanda “Nant”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider PSJ bu turda “Brest”i sınağa çəkəcək. “Renn” “Bordo” ilə, “Monako” isə “Klermon”la üz-üzə gələcək.

Konfrans Liqasının pley-offunda “Qarabağ”ın rəqibi olan Marsel “Olimpik”i doğma meydanda “Lill”in müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1

21-ci tur

14 yanvar

Nitsa – Nant 2:1

Qol: Dolberq, 21. Turam, 56 – Jirotto, 45.

15 yanvar

20:00. Sent-Etyen – Lans

00:00. PSJ – Brest

16 yanvar

16:00. Renn – Bordo

18:00. Loryan – Anje

18:00. Monako – Klermon

18:00. Reyms – Mets

18:00. Strasburq – Monpelye

20:05. Trua – Olimpik (Lion)

23:45. Olimpik (Marsel) – Lill

Bütün xəbərlər Facebook səhifəmizdə