“Milan” növbəti mərhələyə adladı...“Napoli” isə dayandı

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub

Əvvəlcə “Napoli” və “Fiorentina” komandaları qarşılaşıb. Gərgin keçən və 7 qolun qeydə alındığı bu matçda Florensiya təmsilçisi qələbəyə sevinən tərəf olub.

“Milan” isə “Cenoa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda da qalib əlavə vaxtda müəyyənləşib. Milanlılar doğma meydanda inamlı qələbəyə seviniblər.

İtaliya kuboku

1/8 final

12 yanvar

Atalanta – Venetsiya 2:0

Qol: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5

Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1

Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

20:30. Latsio – Udineze

00:00. Yuventus – Sampdoriya

19 yanvar

20:30. Sassuolo – Kalyari

00:00. İnter – Empoli

20 yanvar

00:00. Roma – Leççe

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...