“Barselona”da yeni müqavilə

İspaniyanın “Barselona” klubunda müdafiəçi Samuel Umtiti ilə müqavilənin müddəti artırılıb.

SİA xəbər verir ki, fransalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Umtiti 2016-cı ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada cəmi 1 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə