Şevçenko ikinci dəfə koronavirusa yoluxub

Şevçenko ikinci dəfə koronavirusa yoluxub

İtaliyanın "Cenoa" futbol klubunun ukraynalı baş məşqçisi Andrey Şevçenko ikinci dəfə koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, baş məşqçi Seriya A çərçivəsində komandasının "Spetsiya" klubuna qarşı oyununu buraxacaq.

Xatırladaq ki, dekabrın 28-də A.Şevçenkonun koronavirus testinin cavabı müsbət çıxmışdı. O, yanvarın 6-da "Sassuolo"ya qarşı keçirilən oyunu buraxmalı idi, lakin yanvarın 5-i verdiyi testin cavabı mənfi olduğuna görə oyunda iştirak etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə