“Real”dan darmadağın...

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Levante” doğma meydanda “Malyorka”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Real Sosyedad” “Selta” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib. “Barselona” isə səfərdə “Qranada”nın qonağı olub. Kataloniya təmsilçisi turu heç-heçə ilə başa vurub.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” burada “Valensiya” ilə qarşılaşıb və darmadağınla qalib gəlib.

Madridin “Atletiko” komandasının bu turdakı rəqibi isə “Vilyarreal” olacaq.

İspaniya La Liqası, 20-ci tur

8 yanvar

Levante – Malyorka 2:0

Qol: Soldado, 47. Morales, 90+7.

Real Sosyedad – Selta 1:0

Qol: Oyarzabal, 13.

Qranada – Barselona 1:1

Qol: Puertas, 89 – De Yonq, 57.

Real – Valensiya 4:1

Qol: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.

9 yanvar

17:00. Rayo Valyekano – Betis

19:15. Sevilya – Xetafe

21:30. Alaves – Atletik

21:30. Osasuna – Kadis

00:00. Vilyarreal – Atletiko

10 yanvar

00:00. Espanyol – Elçe

Bütün xəbərlər Facebook səhifəmizdə