Yanvarın 9-da Avropa Cüdo Birliyinin təşkilatçılığı Antalyada təlim-məşq toplanışı start götürəcək. SİA xəbər verir ki, hazırlıq prosesində Azərbaycan komandası 36 nəfərlik heyətlə (24 kişi, 12 qadın) iştirak edəcək. Təlim-məşq toplanışında Azərbaycan ilə yanaşı, Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin yığmaları da iştirak edəcək. Kişilərdən ibarət komandaya baş məşqçi Mövlud Mirəliyev, qadınlardan ibarət yığmaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Antalyada təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək.
Xatırladaq ki, millimiz yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran-Pri turnirində, fevralın 5-6-da isə Parisdə təşkil ediləcək “Böyük dəbilqə” yarışında mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB