Burak Yılmaz bununla gündəmə gəldi

Türkiyənin milli futbolçusu 36 yaşlı Burak Yılmaz gündəmdən düşmür. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsümün əvvəlində müqavilə bağladığı "Lilldə" çempionluq qazanan təcrübəli hücumçu Fransa futbolunun ən önəmli simalarından birinə çevrilib. Burak Türkiyədə olduğu kimi Fransada da çox məşhur bir fiqur olub. Fransanın aparıcı qəzetlərindən biri olan "L'Equipe" Burakı "Fransız futbolunun ən önəmli 30 adı" sırasına daxil edib. Türkiyənin milli futbolçusu Burak Yılmaz Henri, Zidan, Poqba kimi adları geridə qoyub.

Qeyd edək ki, məşhur futbolçu siyahıda 11-ci yerdə qərarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə