Mövsümün ikinci yarısının hazırlığına start verən “Qəbələ” futbol klubunun yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. SİA kluba istinadla xəbər verir ki, Bakıdakı toplanışı yanvarın 15-də başa vurduqdan sonra Antalyaya yollanacaq “qırmızı-qaralar” ayın 25-dək qonşu ölkədə hazırlıq keçəcək. Bu müddətdə komanda üç sınaq matçına çıxacaq. Hər üç qarşılaşma Türkiyədə təşkil olunacaq.
Baş məşqçi Elmar Baxşıyevin komandası ilk sınağına yanvarın 18-də çıxacaq. Rəqib Polşa təmsilçisi “Zaqlembe” olacaq. Üç gün sonra “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. Antalya toplanışında sonuncu yoxlama görüşü ayın 24-də baş tutacaq. Həmin gün komandamız Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB