Araz Abdullayev Kipr klubundan ayrıldı

Araz Abdullayev Kipr klubundan ayrıldı

Kiprin "Etnikos" klubu millimizin üzvü Araz Abdullayevlə yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam veriblər.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən ilin iyununda "Etnikos"la 1 illik müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə