Ronaldo koronavirusa yoluxdu

Braziliya millisinin sabiq üzvü Ronaldo koronavirusa yoluxub.

SİA xəbər verir ki, 45 yaşlı keçmiş hücumçunun bu səhər verdiyi COVİD-19 testinin nəticəsi pozitiv olub. Bu barədə Ronaldonun sahibi olduğu "Kruzeyro" klubunun tvitter səhifəsi məlumat yayıb.

Ronaldoda infeksiyanın yüngül simptomlarının olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə