Koutinyo da gedir

Qış transfer pəncərəsində "Barselona"dan ayrılmaq istəyən daha bir futbolçu məlum olub.

SİA xəbər verir ki, bu, Felipe Koutinyodur. 29 yaşlı yarımmüdafiəçi daha çox oyun şansı alacağı bir kluba keçmək istəyir. Onunla "Arsenal" və "Tottenhem" yaxından maraqlanır.

Həmçinin bildirilib ki, "Barselona"nın baş məşqçisi Xavi komandada gənc oyunçularla işləməyə maraqlıdır. Buna görə də klub Kotinyo ilə yolları ayırmağa müsbət yanaşır.

Qeyd edək ki, Koutinyo bu mövsüm 16 matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə