“Qalatasaray”dan inamlı qələbə...

...Liderdən “Başakşəhər”lə heç-heçə
“Qalatasaray”dan inamlı qələbə...

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında “Kasımpaşa” doğma meydanda “Altay” üzərində inamlı qələbəyə sevinib. “Girəsunspor” evdə “Hatayspor”la oyundan məğlubiyyətlə ayrılıb. “Qalatasaray” isə “Antalyaspor”la üz-üzə gəlib və uzun fasilədən sonra qələbə sevinci yaşayıb.

Turun mərkəzi görüşündə lider “Trabzonspor” çempionatda son 10 oyundur məğlub olmayan “Başakşəhər”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Türkiyə Super Liqası

19-cu tur

25 dekabr

Kasımpaşa – Altay 2:0

Qol: Donk, 34. U.Bozok, 88.

Girəsunspor – Hatayspor 0:1

Qol: Əl Kaabi, 81.

Qalatasaray – Antalyaspor 2:0

Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.

Trabzonspor – Başakşəhər 0:0

26 dekabr

14:30. Rizəspor – Qaziantep

17:00. Alanyaspor – Fatih Karagümrük

17:00. Göztəpə – Adana Dəmirspor

20:00. Fənərbaxça – Yeni Malatyaspor

27 dekabr

21:00. Kayserispor – Sivasspor

21:00 Konyaspor – Beşiktaş

Bütün xəbərlər Facebook səhifəmizdə