"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırdı

"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırdı

"Fənərbaxça" baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

SİA xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Pereyra bu ilin iyulun 2-dən İstanbul təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. "Fənərbaxça" Türkiyə Superliqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə