“Atalanta” “Roma”ya uduzdu, “Yuventus” qalib gəldi

“Atalanta” “Roma”ya uduzdu, “Yuventus” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Joze Mourinyolu “Roma” Berqamoda “Atalanta”nın qonağı olub. “Canavarlar” iddialı rəqibini böyük hesabla məğlub edib. “Udineze” də “Kalyari” ilə səfər matçında 4 cavabsız qolla qalib gəlib.

“Yuventus” bu turda “Bolonya” səfərinə yollanıb. Turin təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.

İtaliya A Seriyası

18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1

Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5

Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

Atalanta – Roma 1:4

Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.

Bolonya – Yuventus 0:2

Qol: Morata, 6. Kuadrado, 69.

Kalyari – Udineze 0:4

Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.

19 dekabr

15:30 Fiorentina – Sassuolo

18:00 Spetsiya – Empoli

21:00 Sampdoriya – Venetsiya

21:00 Torino – Verona

23:45 Milan – Napoli

Bütün xəbərlər Facebook səhifəmizdə