“Arsenal”dan darmadağın

Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Ötən tur “Vest Hem”i məğlub edən “Arsenal”ın bu turdakı rəqibi “Lids” olub. London təmsilçisi səfərdə darmadağına sevinib.

Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası

18-ci tur

18 dekabr

Lids – Arsenal 1:4

Qol: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

19 dekabr

18:00 Vulverhempton – Çelsi

18:15 Nyukasl – Mançester Siti

20:30 Tottenhem – Liverpul

Bütün xəbərlər Facebook səhifəmizdə