Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Qroyter” - “Auqsburq” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb.
“Union Berlin” səfərdə “Bohum”u minimal hesabla üstələyib. “Ayntraxt” isə “Maynts”ı məğlub yola salıb.
Dortmund “Borussiya”sı bu turda Berlində “Herta”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Leyptsiq” də “Arminiya” ilə ev oyununda xalsız qalıb.
Almaniya Bundesliqası
17-ci tur
17 dekabr
Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.
18 dekabr
Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.
Bohum – Union Berlin 0:1
Qol: Kruse, 16.
Qroyter – Auqsburq 0:0
Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.
Herta – Borussiya (Dortmund) 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.
19 dekabr
18:30. Frayburq – Bayer
20:30. Köln – Ştutqart
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB