“İnter” səfərdən qələbə ilə döndü

“İnter” səfərdən qələbə ilə döndü

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Latsio” “Cenoa”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Son çempion “İnter” isə “Salernitana”nı sınağa çəkib. Milan təmsilçisi səfərdə 5 cavabsız qolla qalib gəlib.

İtaliya A Seriyası

18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1

Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5

Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

18:00 Atalanta – Roma

21:00 Bolonya – Yuventus

23:45 Kalyari – Udineze

19 dekabr

15:30 Fiorentina – Sassuolo

18:00 Spetsiya – Empoli

21:00 Sampdoriya – Venetsiya

21:00 Torino – Verona

23:45 Milan – Napoli

Bütün xəbərlər Facebook səhifəmizdə