Canni de Byazi püşkə münasibət bildirib

Canni de Byazi püşkə münasibət bildirib

"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".

Bir daha xatırladaq ki, Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.

SİA xəbər verir ki, mərasimdə Avropanın 55 yığması 4 liqanın 14 qrupuna bölünüb. A, B və C liqalarının

C liqasında mübarizə aparacaq Azərbaycan millisi 3-cü qrupda Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi ilə mübarizə aparacaq.

Eyni liqada yarışacaq qardaş ölkə Türkiyə isə 1-ci qrupda Lüksemburq, Litva və Farer adaları ilə qarşılaşacaq.

A liqası

1-ci qrup: Fransa, Danimarka, Xorvatiya, Avstriya
2-ci qrup: İspaniya, Portuqaliya, İsveçrə, Çexiya
3-cü qrup: İtaliya, Almaniya, İngiltərə, Macarıstan
4-cü qrup: Belçika, Niderland, Polşa, Uels

B liqası

1-ci qrup: Ukrayna, Şotlandiya, İrlandiya, Ermənistan
2-ci qrup: İslandiya, Rusiya, İsrail, Albaniya
3-cü qrup: Bosniya və Herseqovina, Finlandiya, Rumıniya, Monteneqro
4-cü qrup: İsveç, Norveç, Serbiya, Sloveniya

C liqası

1-ci qrup: Türkiyə, Lüksemburq, Litva, Farer adaları
2-ci qrup: Şimali İrlandiya, Yunanıstan, Kosovo, Kipr/Estoniya
3-cü qrup: Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan/Moldova
4-cü qrup: Bolqarıstan, Şimali Makedoniya, Gürcüstan, Cəbəllütariq

D liqası

1-ci qrup: Lixtenşteyn, Qazaxıstan/Moldova, Andorra, Latviya
2-ci qrup: Malta, Kipr/Estoniya, San-Marino

Bütün xəbərlər Facebook səhifəmizdə