“Barselona” Aquero üçün konfrans keçirir

“Barselona” Aquero üçün konfrans keçirir

“Barselona” futbolçusu Serxio Aquero üçün mətbuat konfransı keçirəcək.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konfrans sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə “Barselona”nın prezidenti Joan Laporta da çıxış edəcək.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, konfransda Aqueronun karyerasını başa vurduğunu açıqlayacağı gözlənilir. 33 yaşlı hücumçu oktyabrın 30-da “Alaves”lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra hələ də yaşıl meydanlara qayıtmayıb.

Qeyd edək ki, Aquero bu ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə