Prezident idman sahəsində irimiqyaslı layihələr həyata keçirib - MÜNASİBƏT BİLDİRİLDİ
Cənab Prezident İlham Əliyev "Qarabağ" futbol klubu ilə artıq üçüncü görüşünü reallaşdırıb. "Qarabağ" klubu uğurlu çıxışı ilə bu sevgini, rəğbəti qazanıb". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu Tərlan Əhmədov bildirib.

Onun sözlərinə görə, "Qarabağ" komandası üçün Suraxanı rayonunda artıq stadion tikilib: “Bildiyim qədər ilə ora 1 milyon manat vəsait də ayrılmışdır. İndi də "Qarabağ" klubunun uğurlu çıxışından sonra cənab Prezident komandanı dəvət edərək onlarla görüş keçirdi. Beş milyon manat da pul ayrıldı. Bu artıq "Qarabağ"a dəstəkdir yeni oyunçular ala bilmək də daha rahat olacaq. Hər halda cənab Prezident futbola hər zaman qayğı və dəstək göstərib. Futbolumuzun, idmanımızın inkişafında böyük işlər görülüb.
Ulu Öndərin də Azərbaycan idmanına çox böyük töhvələri olub. Komandanı hər zaman güclülər dəstəsində saxlayıb. Olimpiadalarda, dünya çempionatlarında bütün şəraitlər yaradılıb”.
Futbolçu sözlərinə davam edərək bildirib ki, Ali Baş Komandan hətta Olimpiya Komitəsinin Prezidenti işlədiyi dövrdə də bazaya gəlib biz veteran futbolçularla birlikdə futbol oynayardı: “Cənab Prezidentin də idmana, futbola hər zaman marağı olub. Olimpiadalarda, dünya çempionatlarında da idmançılarımızın yanında olub onlara mənəvi dəstək verib. Bütün bunlar cənab Prezidentin idmana olan sevgisinin göstəricisidir. Bu gün artıq klublarımızın da təkbətək idman növlərində olduğu kimi uğurlu çıxışları var. Bütün bunlar idmana olan sevginin, qayğının bariz nümunəsidir. Biz bilirik ki şəhərlərimizdə bazalar yaradılıb, stadionlarımız bərpa olunub. Lənkəran, İmişli və Tovuzda yeni stadionlar tikilib. İdmançılarımız xarici ölkələrdə uğurlu çıxışlarından sonra bayrağımızı qaldırıblar.
İkinci məsələ isə xalqın rifahının yaxşılaşdırılmasında da idmanın rolu böyükdür. Yeni nəslin idmana diqqət ayırması və məşğul olması onların sağlam böyüməsində mühüm rol oynayır. Baxmaraq ki bugünkü günümüzdə cənab Prezidentin işləri həddindən artıq çoxdur. Qarabağda quruculuq işləri davam etdirilir. Sərhədlərimizdə hələ də xoşagəlməz hadisələr baş verir amma bunlara baxmayaraq cənab Prezident diqqətini idmandan heç zaman əsirgəmir. Biz də öz növbəmizdə bu uğurların davamlı olmağı üçün çalışırıq.
Ali Baş Komandan prezident seçiləndən sonra Azərbaycanda irimiqyaslı layihələr keçirilib. İdman qurğularının inşası, Olimpiya bazalarının yaradılması və s. istiqamətlərdə idmançılar üçün bütün şərait yaradılıb. Avropa çempionatının qrup mərhələsinin Azərbaycanda olması da ölkə başçımızın daxili və xarici siyasətinin uğurlu nəticəsidir. Biz bütün bunlara görə ölkə başçımıza minnətdarıq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB