Klubun adının Qarabağ olması əlavə məsuliyyət yaradır - DEPUTAT AÇIQLADI

Klubun adının Qarabağ olması əlavə məsuliyyət yaradır - DEPUTAT AÇIQLADI

13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti tarixi uğur qazanaraq UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Cənab Prezident əldə edilmiş yeni naliyyət münasibətilə klubun üzvlərini ürəkdən təbrik edərək bildirib ki, “Qarabağ” futbol klubu bu tarixi uğuru ilə təkcə klubun azarkeşlərini deyil, bütün Azərbaycan xalqını sevindirib. Cənab Prezident qeyd etmişdir ki, bu növbəti qələbə bir daha göstərdi ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, "Qarabağ” futbol klubu beynalxalq yarışlarda böyük uğurlar qazanaraq xalqımızı, ölkəmizi layiqincə təmsil edir: "Klubun adının Qarabağ olması əlavə məsuliyyət yaradır: "“Qarabağ” futbol klubu həm Vətən müharlbəsindən qabaq, işğal dövründə, həm də Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Qarabağ adını həmişə uca tutub və bu adı bütün Avropa futbol məkanında təbliğ edirlər. Cənab Prezident 13 dekabr 2021-ci il tarixli Sərəncamı ilə UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2021-ci il dəvlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayırıb. Cənab Prezidentin bu Sərəncamı “Qarabağ” klubunun əldə etdiyi tarixi naliyyətin qiymətləndirilməsi və klubun gələcək inkişafı üçün, yeni uğurların qazanılması məqsədilə atılmış addımdır. Bu eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə idmanın o cümlədən futbolun inkişafına diqqət və qayğısının bariz nümunəsidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə