Bu, dövlət başçısının idmana olan diqqətin göstəricisidir - MÜNASİBƏT BİLDİRİLDİ

Bu, dövlət başçısının idmana olan diqqətin göstəricisidir - MÜNASİBƏT BİLDİRİLDİ

Bildiyimiz kimi 13 dekabr 2021-ci il tarixində cənab Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib və onlarla səmimi söhbət aparıb. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Məsələ ilə bağlı SİA Milli Məclisin deputatı Şahin Seyidzadənin fikirlərini öyrəndik: "Qarabağ futbol klubunun UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak etməsi, növbəti mərhələyə vəsiqə qazanması cənab Prezident İlham Əliyev tərəfindən klubun yüksək qiymətləndirilməsindən əlavə dövlət başçısının idmana olan diqqətin göstəricisidir".

Deputat qeyd edib ki, Qarabağ problemi 30 ildən sonra həll olundu: "Lakin "Qarabağ"ın mübarizəsi futbol meydanında hələ də davam edir. 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubunun hesabına 5 milyon pulun ayrılması sadəcə, maddi dəstək deyil, eyni zamanda Azərbaycan Prezidentinin "Qarabağ"ın mübarizəsinə olan dəstəyidir".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə