Türkiyənin məşhur futbolçusu Hakan Çalhanoğlu mövsümün əvvəlində İtaliyanın "Milan" komandasından ayrılaraq "İnter"ə keçərək yeni mövsümün ilk oyununa damğasını vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, noyabr ayı ərzində ümumilikdə 3 matçda iştirak edən Hakan 3 qol vuraraq 1 məhsuldar ötürmə edib. Bu çıxışına görə, tərif alan məşhur ulduz noyabrda A seriyasında ayın ən yaxşı oyunçusu seçilib.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB