“Napoli” uduzdu, “İnter” darmadağına sevindi

“Napoli” uduzdu, “İnter” darmadağına sevindi

Futbol üzrə İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Torino” “Bolonya”nı, “Sassuolo” isə “Latsio”u 2:1 hesabıyla üstələyib. Səfərdə “Verona” ilə qarşılaşan “Atalanta” əzmkar qələbəyə sevinib.

“Napoli” bu turda “Empoli” ilə qarşılaşıb. Neapol təmsilçisi doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.

Son çempion “İnter” isə bu turda “Kalyari”ni qəbul edib. Milan təmsilçisi rəqibini 4 cavabsız qolla üstələyib.

İtaliya A Seriyası

17-ci tur

10 dekabr

Cenoa – Sampdoriya 1:3

Qol: Destro, 78 – Qabbyadini, 7; 67. Kaputo, 49.

11 dekabr

Fiorentina – Salernitana 4:0

Qol: Bonaventura, 31. Vlahoviç, 51; 84. Maleh, 90.

Venetsiya – Yuventus 1:1

Qol: Aramu, 55 – Morata, 32.

Udineze – Milan 1:1

Qol: Beto, 17 – İbrahimoviç, 90+2.

12 dekabr

Torino – Bolonya 2:1

Qol: Sanabriya, 24. Soumaoro, 69-öz qapısına – Orsolini, 79.

Verona – Atalanta 1:2

Qol: Simeone, 22 – Mirançuk, 37. Kopmeyners, 62.

Napoli – Empoli 0:1

Qol: Kutrone, 70.

Sassuolo – Latsio 2:1

Qol: Berardi, 63. Raspadori, 69 – Zakkayni, 6.

İnter – Kalyari 4:0

Qol: L.Martines, 29; 68. A.Sançes, 50. H.Çalhanoğlu, 66.

13 dekabr

23:45 Roma – Spetsiya

Bütün xəbərlər Facebook səhifəmizdə