ACF-nin kuboku yarışında son qarşılaşmalar keçiriləcək - FOTO

ACF-nin kuboku yarışında son qarşılaşmalar keçiriləcək - FOTO

Bakı klubları arasında 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın son günündə yeniyetmə oğlanlar arasında 55, 73, qızlar arasında isə 36, 44, 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyən ediləcək.

Kubok yarışına 39 komandanın heyətində 500-ə yaxın idmançı qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə