“Borussiya” xal itirdi, “Bayern” əzmkar qələbəyə sevindi

“Borussiya” xal itirdi, “Bayern” əzmkar qələbəyə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

“Herta” “Arminiya”nı məğlub yola salıb. “Frayburq” evdə “Hoffenhaym”a, “Volfsburq” isə “Ştutqart”a uduzub.

Lider “Bayern” bu turda “Maynts”ı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Dortmund “Borussiya”sının rəqibi “Bohum” olub. Qonaqlar bu görüşdən xal itkisi ilə ayrılıblar.

Turun mərkəzi görüşündə “Leyptsiq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Almaniya Bundesliqası

15-ci tur

10 dekabr

Köln – Auqsburq 0:2

Qol: Han, 72. Dorş, 88.

11 dekabr

Bayern – Maynts 2:1

Qol: Koman, 53. Musiala, 74 – Onisivo, 22.

Bohum – Borussiya (Dortmund) 1:1

Qol: Polter, 40-pen – Brandt, 85.

Herta – Arminiya 2:0

Qol: Yovetiç, 53. Selke, 90+5.

Leyptsiq – Borussiya (Mönhenqladbax) 4:1

Qol: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.

Frayburq – Hoffenhaym 1:2

Qol: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.

Volfsburq – Ştutqart 0:2

Qol: Mavropanos, 25. Forster, 63.

12 dekabr

18:30. Qroyter – Union Berlin

20:30. Ayntraxt – Bayer

Bütün xəbərlər Facebook səhifəmizdə