O vaxt o "Real"dan niyə imtina edib?

O vaxt o "Real"dan niyə imtina edib?

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann 2018-i ildə "Real"ı çalışdırmaqdan imtina etməsinin səbəbini açıqlayıb.

SİA xəbər verir ki, 44 yaşlı mütəxəssis "Sport İllustrated"ə açıqlamasında deyib:

"Hoffenhaym"ın baş məşqçisi olmazdan əvvəl köməkçi-məşqçi kimi çalışmışam. Hər bir işçini tanıyırdım. Uyğunlaşma müddəti çox qısa idi. Təlim avadanlıqları üçün kimə müraciət edəcəyimi dəqiq bilirdim. Günorta tərəvəz şorbasını dadmaq istəsəm, artıq tanıdığım aşpazın yanına gedərdim. Amma klubdakı bütün insanlarla ilk dəfə görüşəndə ​​tamam başqa vəziyyət yaranır. "Hoffenhaym"dan bir pillə yuxarı qalxmaq istəməyim tamamilə normaldır, lakin bu addım mümkün olan ən yüksək olmamalıdır. Həmin vaxt "Real"a keçmək bir az çətin olardı. Beş ildən sonra harada olacağam? bilmirəm. Ümid edirəm ki, hələ də "Bavariya"da qalacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə