Avropa Liqası yarışında 3 cüdoçumuz iştirak edəcək

Avropa Liqası yarışında 3 cüdoçumuz iştirak edəcək

Dekabrın 11-də Çexiyada cüdo üzrə klublar arasında Avropa Liqası yarışı start götürəcək. SİA xəbər verir ki, turnirə Azərbaycan milli komandasının üç üzvü qatılacaq. Belə ki, Hidayət Heydərov (73 kq) Rusiyanın “Lokomotiv”, Zelim Tçkayev (81 kq) “Sorbis”, Zaur Dünyamalıyev (90 kq) Ukraynanın “Jc Spartakivets” klublarının heyətlərində çıxış edəcəklər.

Yarışda ümumilikdə 14 klub mübarizə aparacaq. Turnir bir gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə