"Barselona"da ciddi itki

"Barselona"nın hücumçusu Memfis Depay Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Bavariya" ilə matçda (0:3) zədələnib.

SIA xəbər verir ki, 27 yaşlı oyunçunun bir ay meydana çıxmayacağı bildirilib.

Kataloniya təmsilçisinin ilin sonuna kimi "Osasuna", "Elçe" və "Sevilya" ilə üç La Liqa oyunu var. Həmçinin dekabrın 14-də “Barselona” Argentinanın “Boka Xuniors” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə