Suares Madrid derbisinə qədər bərpa ola bilər

Suares Madrid derbisinə qədər bərpa ola bilər

İspaniyanın "Atletiko" (Madrid) klubunun hücumçusu Luis Suares Çempionlar Liqasında "Porto" ilə oyunda ciddi zədə almayıb.

SİA-nın məlumatına görə, bu barədə klubun "Twitter" səhifəsində bildirilir.

Bildirilir ki, reabilitasiyanın gedişatı onun gələn bazar günü derbidə iştirak edə bilib-bilməyəcəyini müəyyən edəcək.

Xatırladaq ki, uruqvaylı futbolçu oyunun əvvəlində meydanı tərk edib və ötən gün keçirilən məşqlırı qatılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə