UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun son matçında İtaliyanın "Atalanta" klubu İspaniyanın "Vilyareal" klubunu qəbul edib.
SİA-nın məlumatına görə, oyun qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Vilyareal"ın heyətində qolları Arno Qruneveld (3-cü və 51-ci dəqiqələr) və Etyen Kapu (42) vurublar, meydan sahiblərinin heyətində isə Ruslan Malinovski (71) və Duvan Sapata (80) fərqləniblər.
"Vilyareal" bu qələbə sayəsində F qrupunda 10 xal toplayaraq qrupda ikinci olub və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. "Atalanta" qrupda üçüncü yeri tutaraq Avropa Liqasında mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB