“Yenidən başlamalıyıq”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın Çempionlar Liqasını tərk etməsini şərh edib.

SİA xəbər verir ki, o, “Mundo Deportivo”ya açıqlamasında bildirib:

“İndi daha çox çalışmalı və yenidən başlamalıyıq. Komanda yaxşı oynadı və futbolçular əllərindən gələni etdilər. Lakin alınmadı. Uğursuzluq olmaya bilərdi. Məyusuq. Ancaq irəli baxmalı və işlər görməliyik”.

Xatırladaq ki, ÇL-də mübarizəni dayandıran Kataloniya klubu Avropa Liqasında oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə