"Barselona” Dembele ilə razılığa gələ bilmir

"Barselona” Dembele ilə razılığa gələ bilmir
"Barselona” klubu futbolçusu Osman Dembele ilə yeni müqavilə şərtlərində razılığa gələ bilmir.

SİA xəbər verir ki, Kataloniya təmsilçisi fransalı hücumçuya son təklifini etməyə hazırlaşır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” Dembeleyə bonuslarsız illik 11 milyon avro qazancağı müqavilə təklif edəcək. 24 yaşlı futbolçu bu təklifi qəbul etsə, vergiləri çıxmaqla illik 7.5 milyon avro gəlir əldə edəcək.

“Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədər olan Dembele bu mövsüm cəmi 4 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня