..."Qalatasaray"dan xal itkisi

Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.
SİA xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. Lider “Trabzonspor” evdə “Adana Dəmirspor”a 2:0 hesabı ilə qalib gəlib. "Sivasspor" səfərdə "Alanyaspor"u məğlub edib - 1:0. “Qalatasaray” doğma meydanda “Altay”la heç-heçə edib - 2:2

Qeyd edək ki, "Trabzonspor" 39 xalla 1-ci, "Alanyaspor" 24 xalla 5-ci, "Qalatasaray" 23 xalla 6-cı, "Adana Demirspor" 20 xalla 10-cu, "Sivasspor" 19 xalla 11-ci, "Altay" 18 xalla 13-cüdür.

4 dekabr

"Alanyaspor" – "Sivasspor" - 0:1
Qo
l: Kesgin, 53

"Trabzonspor" – "Adana Demirspor" - 2:0
Qolla
r: Nvakaeme, 26. Hamşik, 54

"Qalatasaray" – "Altay" - 2:2
Qollar:
Dervişoğlu, 34. Diane, 79 – Pinares, 17. Bamba, 86-pen

Bütün xəbərlər Facebook səhifəmizdə