Braziliya millisinin və "Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da işləyəcək.

SİA xəbər verir ki, o, Con Axterberqlə birlikdə komandada qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"da çıxış edən Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb. 55 yaşlı mütəxəssis müxtəlif vaxtlarda "Qalatasaray"da və Braziliya millisində qapıçılar üzər məşqçi kimi çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə