Lev Yaşın mükafatının sahibi müəyyənləşib

2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.

SİA xəbər verir ki, “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına PSJ-nin və İtaliya millisinin qolkiperi Canluici Donnarumma layiq görülüb.

Digər namizədlər Keylor Navas (PSJ), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”), Samir Handanoviç (“İnter”), Ederson (“Mançester Siti”), Kasper Şmeyxel (“Lester”), Eduard Mendi (“Çelsi”) və Tibo Kurtua (“Real”) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə