“Trabzonspor” liderliyini davam etdirir

Noyabrın 28-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” səfərdə “Fatih Karagümrük”ün qonağı olub.

SİA xəbər verir ki, gərgin keçən görüşdə qonaq komanda meydan sahiblərinin qapısından iki cavabsız top keçirib.

Günün digər matçlarında isə "Sivasspor" doğma meydanda "Hatayspor"u 4:0 hesabı ilə məğlub edib. "Qaziantep" isə doğma meydanda "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib. "Yeni Malatyaspor" - "Qalatasaray" matçında isə qapılara top vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 36 xalla "Trabzonspor" başçılıq edir. Ondan 10 xal geri qalan "Konyaspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə