“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub. SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Ayntraxt” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Tura “Leyptsiq” - “Bayer” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.

Almaniya Bundesliqası

13-cü tur

26 noyabr

Ştutqart – Maynts 2:1

Qol: İto, 21. Sosa, 51 – Hak, 39.

27 noyabr

Bohum – Frayburq 2:1

Qol: Polter, 54. Pantoviç, 82 – Linhart, 51.

Volfsburq – Borussiya (Dortmund) 1:3

Qol: Veqorst, 2 – E.Can, 35. Malen, 55. Haland, 81.

Herta – Auqsburq 1:1

Qol: Rixter, 40 – Qreqoritç, 90+7.

Qroyter – Hoffenhaym 3:6

Qol: Levelinq, 22. Tillman, 46. Hrqota, 67 – Bebu, 32; 62; 80. Rutter, 40; 57. Mayerhofer, 66-öz qapısına.

Köln – Borussiya (Mönhenqladbax) 4:1

Qol: Lyubiçiç, 55. Ut, 77. Duda, 78. Andersson, 90+3 – Hofmann, 74.

Bayern – Arminiya 1:0

Qol: Sane, 71.

28 noyabr

Ayntraxt – Union Berlin 2:1

Qol: Sou, 22. Ndikka, 90+5 – Kruse, 62.

Leyptsiq – Bayer 1:3

Qol: A.Silva, 62 – Virts, 21. Diabi, 34. Frimbonq, 64.

Bütün xəbərlər Facebook səhifəmizdə