“Qalatasaray” xal itirdi, “Trabzonspor” qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

“Qaziantep” “Konyaspor”u, “Sivasspor” isə “Hatayspor”u məğlub yola salıb.

Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

“Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.

Turun qapanış matçında “Fənərbaxça” “Göztəpə”nin qonağı olacaq.

Türkiyə Super Liqası

14-cü tur

26 noyabr

Adana Dəmirspor – Kasımpaşa 0:0

Başakşəhər – Altay 0:0

27 noyabr

Antalyaspor – Alanyaspor 3:0

Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.

Rizəspor – Kayserispor 1:0

Qol: S.Ay, 48.

Beşiktaş – Girəsunspor 0:4

Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.

28 noyabr

Qaziantep – Konyaspor 3:2

Qol: Koker, 18. M.Dəmir, 52. Fiqeyredo, 86 – Gilyerme, 6-pen. Çikalleşi, 72.

Sivasspor – Hatayspor 4:0

Qol: P.Enrike, 22-pen. Yatabare, 43; 48; 86.

Fatih Karagümrük – Trabzonspor 0:2

Qol: Djanini, 17. A.Ömür, 62.

Yeni Malatyaspor – Qalatasaray 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...