UEFA "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"nı cərimələyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr "Omoniya"sını cərimələyib.

Avropa futbol qurumundan SİA-ya verilən məlumata görə, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. "Omoniya" qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.

Qeyd edək ki, insident "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. "Köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...